“Tərəqqi” fəaliyyətini dayandırıb
Həvəskar Liqada mübarizə aparan və birinci diviziona yüksəlməyi qarşısına hədəf qoyan “Tərəqqi” fəaliyyətini dayandırıb.

Maddi sıxıntılar ucbatından komanda fəaliyyətini rəsmən dayandırıb. Nəticədə, Azərbaycan futbolunun tanınmış siması olan Samir Ələkbərov işsiz qalıb. "Neftçi”də və Azərbaycan yığmasındakı çıxışlarından tanıdığımız S.Ələkbərov “Tərəqqi”nin yaradıcılarından biri idi. O, çox istəsə də, lakin komandanı normal səviyyəyə çatdırmaq mümkünsüz olub.

Xəbər 663 dəfə oxundu.