Fuad Bayramov əməliyyat olunub
Sarı vərəqə limitini aşan və buna görə Topaz Premyer Liqasının XXVII turunu buraxan Bakının “İnter” futbol klubunun gənc yarımmüdafiəçisi Fuad Bayramov əvəzedici komandaların matçında iştirak edib.

Bu qarşılaşmanın ikinci hissəsində Fuad Bayramov ağır zədə almışdır. Belə ki, gənc futbolçu uğursuz toqquşmadan sonra meydançanı tərk etmiş və dərhal “Medical Plaza” klinikasına aparılmışdır. Klinikada F.Bayramov böyrəyindən əməliyyat olunmuş, bundan sonra onun vəziyyəti stabilləşmiş və o, ümumi palataya köçürülüb.

Beləliklə, futbol mövsümünü gənc oyunçu üçün bitmiş hesab etmək olar. F.Bayramov məşqlərə ən yaxşı halda bir aydan sonra qayıda bilər.

AzərTAc

Xəbər 977 dəfə oxundu.