AFFA prezidenti Sumqayıt şəhərində görülən işlərlə tanış olub
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində inşa edilən stadion və məşq meydançalarında görülən işlərlə tanış olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisindəki Sumqayıt İdman Mərkəzində müasir standartlara uyğun süni və təbii ot örtüklü bir neçə məşq meydançası tikilir. Bununla yanaşı, M.Hüseynzadə adına stadionun əsas meydançası da əsaslı təmir edilir və burada yüksək səviyyəli təbii ot örtüyü olacaq.

R.Abdullayev təmir-tikinti işləri ilə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

Xəbər 639 dəfə oxundu.