Türkiyə millisi artıq Bakıdadır
Ölkəmizin 16 yaşadək futbol komandası ilə yoldaşlıq oyunları keçirəcək olan Türkiyə millisi artıq Bakıdadır.

Qardaş ölkənin yığması 18-i futbolçu olmaqla 27 nəfərlik heyətlə dünən axşam 19:45-də paytaxtımıza gəlib. Belə ki, İstanbuldakı “Radisson Blu Conference & Airport Otel”də bir araya gələn türklər sabah və aprelin 25-i Aslan Kərimovun yetirmələri ilə 2 oyun keçirəcək. “Bayıl Arena” stadionundakı qarşılaşmalar saat 16:00-da başlayacaq.

Baş məşqçi Mehmet Hacıoğlu 5-i legioner olmaqla aşağıdakı futbolçuları ölkəmizə gətirib:

Qapıçılar: Hasan Göksu (Ankaraspor), Mehmet Aşcı (Dardanelspor)

Müdafiəçilər: Yusuf Yalçın Arslan (Altınordu), Musa Akarslan (Beşiktaş), Kadir Kaan Özdəmir, Rəcəp Kutun (hər ikisi “Fənərbaxça”), Səfa Özdəmir (Qalatasaray), Mahmut Emin Kabul (Trabzonspor)

Yarımmüdafiəçilər: Ərən Kurtulmuş (Dənizli Bələdiyyəspor), Yiğithan Güvəli (Fənərbaxça), Alpay Koçaklı (Kardəmir Karabükspor), Yusuf Cücəoğlu (“Köln”, Almaniya), Ahmet Canbaz (“Hannover 96”, Almaniya), Alpər Adəmoğlu (“Genk”, Belçika)

Hücumçular: Yusuf Türk (Fənərbaxça), Mücahit Can Akçay (Gənclərbirliyi), Tarık Kurt (“Borussiya” Dortmund, Almaniya), Furkan Çevik (“Hoffenhaym”, Almaniya)

Türkiyə yığması ayın 26-sı saat 14:45-də Bakı – İstanbul hava reysi ilə ölkəmizi tərk edəcək.

Xəbər 869 dəfə oxundu.