Türkiyə komandası ilk oyununda məğlub olub
Kişilərin Dünya Buz hokkeyi Çempionatında Türkiyə komandası qrupdakı ilk oyununda rəqib komandaya məğlub olub.

İdman.com.az saytının məlumatına görə, doğma meydanda Meksikanı qonaq edən qardaş ölkənin komandası yaxşı oyun nümayiş etdirməsinə baxmayaraq, sonda Meksika komandasına 6-4 hesabı ilə uduzub.

Qeyd edək ki, qarşılaşmanın sonunda “ən yaxşı oyunçular”ın adları açıqlanıb.”Ən yaxşı oyunçular” Fernando Uqar və Sərdar Semiz olub.

Xatirladaq ki, çempionat hələ də davam edir.

Xəbər 665 dəfə oxundu.