“Yuventus”dan qələbə
İtaliyada çempionluğa addım-addım irəliləyən “Yuventus” güclü rəqibi olan “Milan Vidalini” penalti qolu ilə məğlub edib.

İdman.com.az saytının məlumatına görə, həftənin ən əhəmiyyətli mübarizəsində çempionluğun namizədləri sırasında olan “Yuventus” doğma meydanında “Milan”ı qonaq edib. Oyunun ilk dəqiqələrdə yaxşı oyun nümayiş etdirən “Yuventus” mübarizəsini sona qədər davam etdirərək, rəqib komandanı 1-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, liqanın bitməsinə 5 həftə qalmış “Yuventus” bu hesabla balını 77-ə çatdırıb, Milan isə 59 xalla geridə qalıb.

Xəbər 851 dəfə oxundu.