“Barselona”lıya Premyer Liqa təklifi
“Barselona”nın futbolçusu Aleks Sonqa futbolçunun bir zamanlar şərəfini qoruduğu İngiltərə “Arsenal”ının əzəli rəqibi “Tottenhem” “elçi” düşüb.

London klubunun baş məşqçisi Villa Boaş Skott Parker, Tom Huddleston və Cak Livermorenin yayda klubdan ayrılma ehtimalı olduğundan zifləyəcək orta sahəni Sonqla doldurmaq niyyətindədi.

Katalonların heyətində möhkəmlənə bilməyən Sonq üçün “Tottenhem” “Barsa”ya rəsmi təklif göndərməyə hazırlaşır.

Xəbər 750 dəfə oxundu.