“Fənərbaxça” məğlub oldu
Türkiyə Super Liqasının XXX turuna yekun vurulub. “İstanbul BB” “Qaziantepspor”a 3:1 hesabı ilə məğlub olub.

“Kayserispor” öz meydanında “Sivasspor”la bir xala razılaşıb – 1:1. “Antalyaspor” isə öz meydanında “Bursaspor”la bacarmayıb – 0:1.
Günün və turun son görüşü “Gənclərbirliyi” – “Fənərbaxça” arasında baş tutub. İlk dəqiqələrdən hücuma keçən ev sahibləri erkən qol vurmağı bacarıb. Belə ki, matçın 5-ci dəqiqəsində Azofeyfanın ötürməsini Aykut Demir qola çevirib. Oyunun taleyi elə ilk hissədə həll olunub. 41-ci dəqiqədə Björn Vleminckx “sarı-lacivərtlər”i ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşma bu hesabla da başa çatıb.

Xəbər 787 dəfə oxundu.