Binəqədidə rayon birinciliyi keçirilib
Aprelin 19-da Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən XXV Spartakiadanın Proqramına daxil olan “Cırtdan” üzrə rayon birinciliyi keçirilib.

100 saylı orta məktəbdə 16 komanda tərkibində 320 nəfər idmançının iştirakı ilə keçirilən yarşın məqsədi yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi, idmanın inkişaf etdirilməsi, rayonun yığma komandasının şəhər birinciliyində çıxışının təmin edilməsi olub.

Sonda birinciyə 244, ikinciyə 115, üçüncü yerə 100 saylı orta məktəbin komabdası layiq görülüblər.

Xəbər 881 dəfə oxundu.