Vüqar Əsgərov 64 dəqiqə oynayıb
Latviya çempionatında 4-cü turun oyunları keçirilib. Vüqar Əsgərovun çıxış etdiyi Lieapaya «Metallurq»u «Dauqava»nın qonağı olub.

Oyun 1:1 hesabı ilə başa çatıb. Vüqar meydana start heyətində çıxıb. Həmyerlimiz 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, «Metallurg» hazırda 7 xalla turnir cədvəlinin üçüncü pilləsini tutur.

Xəbər 1922 dəfə oxundu.