Qazaxda rayon turniri keçirilib
5-15 aprel tarixlərdə Qazax rayon Gənclər və İdman İdarəsinin və YAP Qazax rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Qazax şahmat mərkəzində keçirilən yarışın yekun nəticələrinə görə, qızlar arasında birinciyə Nailə Qasımova, ikinciyə Sevinc Abışova, üçüncüyə Lalə Səmədova, dördüncüyə Nəzrin Şabanova; oğlanlar arasında birinciyə Kənan İsayev, ikinciyə İbrahim Əliyev, üçüncüyə Səid Mustafalı, dördüncü yerə Kənan Budaqlı layiq görülüblər.

Aprelin 19-da baş tutan mükafatlandırma mərasimində qalib idmançılar mükafatlandırılıblar.

Tədbirdə həmçinin ümumtəhsil və ilk-ixtisas təhsilli müəssisələri şagirdlərinin VII Spartakiadasının zona yarışlarında uğurla çıxış etmiş bir neçə yeniyetmə şahmatçı da mükafatlandırılıblar. (qızlar arasında Ülviyyə Vəliyeva birinciyə, Turanə Əliyeva ikinciyə,oğlanlar arasında Fərid Məmmədov birinciyə, Tapdıq Sanıyev ikinciyə, Elmir Məmmədov üçüncüyə, Elcan Mirzəyev dördüncü yerə layiq görülüblər.)

Xəbər 2181 dəfə oxundu.