Con Toşak: “Ən azı 2:0 hesabı ilə qalib gəlməli idik”
“Xəzər Lənkəran”a gəldiyim gündən bəri ilk dəfə idi ki, birinci hissədə bu qədər yaxşı oynadıq”. İdman.com.az saytı xəbər verir ki, bu sözü “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli çalışdırıcı Topaz Premyer Liqasının XXVII turu çərçivəsində doğma divarlar arasında “Sumqayıt”la qolsuz bərabərliklə başa çatan görüşü dəyərləndirib:

“Hər iki hissədə 4 real qol imkanımız oldu. Lakin rəqib qapıçısının inamlı oyununu qeyd etməliyəm. Əlinə düşən imkanlardan istifadə edə bilmədikdə bu nəticə ilə kifayətlənməli olursan. Fikrimcə, ən azı 2:0 hesabı ilə qalib gəlməli idik”.

Xəbər 827 dəfə oxundu.