“Neftçi” vahid liderliyini davam etdirir
Bu gün Topaz Premyer Liqasının XXVII turunun matçları başa çatıb. İdman.com.az saytı xəbər verir ki, son oyun günündə 3 görüş keçirilib.

“Bakı” klubu doğma divarlar arasında çempionluğa iddialı olan “Qarabağ”ı qəbul edib. İkinci hissənin sonlarında Ağdam təmsilçisinin qazandığı 11-metrlik cərimə zərbəsi onlara qələbə gətirib.

Ölkə çempionatının tək lideri “Neftçi” evdə “Qəbələ” ilə qarşılaşmada ilk yarıda yenik duruma düşsə də, sonradan matçı xeyrinə dəyişə bilib.

Turun sonuncu görüşü əyalətdə baş tutub. İkinci “atılıq”da mübarizə aparan “Xəzər Lənkəran” komandası “Sumqayıt” üz-üzə gəlib. Bu oyunda hesab açılmayıb.

Topaz Premyer Liqası. XXVII tur

“Bakı” – “Qarabağ” - 0:1
Qol: Riçard Almeyda, 87 (pen.)

“Neftçi” - “Qəbələ” - 2:1
Qol: Denis Silva, 53, Nikolas Kanales, 69 - Lourival Assis, 15
Qırmızı vərəqələr: Flaviu Aleks Valensiu, 66 - Aleksandr Çertoqanov, 65

“Xəzər Lənkəran” - “Sumqayıt” - 0:0

Xəbər 807 dəfə oxundu.