Gənc güləşçilərimiz də AGF Kubokunu qalib bitirdilər
«Sərhədçi» Olimpiya-İdman Mərkəzində yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir sonna çatıb. İdman.com.az saytı awf-az.org-a istinadən xəbər verir ki, 4-cü yarış günündə meydan gənc «sərbəstlər»ə verilib.

Millimiz əvvəlki günlərdə olduğu kimi, son mübarizədə inamlı təsir bağışlayıb. Bahadırlarımız 3 qızıl, 5 gümüş və 4 bürünc medal qazanaraq, komanda hesabında yenə 1-ci olublar. Qazaxstan 2-ci, Türkiyə seçməsi 3-cü yer tutub.

Qeyd edək ki, qalib və mükafatçılar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə mükafatlandırılıblar.

50 kq
1. Ərnur Kabatayev KAZ
2. Tospolad Jursinov KAZ
3. Narjigit Gyuibay KAZ
3. Əmrə Dəmircan TUR

55 kq
1. Ruslan Surxayev
2. Beka Bujiaşvili GEO
3. Manual Volfer GER
3. Jandos İsmayılov KAZ

60 kq
1. Şota Partenidze GEO
2. Nurlan Hacıyev
3. Aleksandr Semisorov GER
3. Ağabəy Ramazanzadə

66 kq
1. Hacımurad Ömərov
2. Ənvərbəy Dalqatov
3. Polad Sakayev KAZ
3. Daniyar Kaysanov KAZ

74 kq
1. Saken Aytjanov KAZ
2. Kamran Yunusov
3. Yaqub Şıxcamalov RUS
3. Bəxtiyar İsrafilli

84 kq
1. Həmzət Osmanov
2. Məhəmməd Abdulxaliqov
3. Orxan Şərifov
3. Mircəfər Murtuzlu

96 kq
1. Yusuf Can Zəybəy TUR
2. Rolandi Andriadze GEO
3. Giorgi Kakauridze GEO
3. Ərməhəmməd İnkar KAZ

120 kq
1. Geno Petriaşvili GEO
2. Əli Məhəmmədəbirov
3. Oleg Boltin KAZ
3. Yunus Əmrə Dədə TUR

Xəbər 1243 dəfə oxundu.