Avropa çempionatında daha bir qızıl medal
Moldovanın Kişinyov şəhərində 16-21 yaşlılar arasında keçirilən Avropa çempionatının üçüncü günündə Azərbaycan komandası növbəti qızıl medalı qazanıb. İdman.com.az saytı xəbər verir ki, Hüseyn Mehralıyev (68kg) ilk döyüşündə Ukrayna taekvondoçusu Artem Marchenkoya 10:6 hesabı ilə qalib gəlib.

Portuqliyalı rəqibi Andre Magone ilə gərgin mübarizədə təmsilçimiz 6:5 üstün olub. Yarımfinalda yerli idmançı Arventi Vladislav da idmançımıza uduzub - 6:7.

Finalda Hüseyn Mehralıyev Türkiyə taekvondoçusu Ağyol Bərqayla görüşüb. 9:9 hesablı bərarəlikdən sonra cütlüyün taleyini qızıl xal həll edib. Nətiçədə, təmsilçimiz Avropa çempionu olub.

Qeyd edək ki, Hüseyn Mehralıyev 2011-cl il Kiprdə gənclər arasında keçirilən Avropa birinciliyinin gümüş mükafatçısı olub. Dünənki uğura gəldikdə, London-2012-nin iştirakçısı Fəridə Əzizova baş mükafata sahib çıxıb.

Xəbər 911 dəfə oxundu.