Sərbəst güləşçilərimiz uğurun davamını gətirdilər
«Sərhədçi» Olimpiya-İdman Mərkəzində yeniyetmə, eləcə də gənc sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. İdman.com.az saytı awf-az.org-a istinadən xəbər verir ki, üçüncü yarış günündə yeniyetmə «sərbəstlər» mübarizə aparıblar.

Nəticələr yenə uğurlu olub. Ümumilikdə 5 qızıl, 3 gümüş və 8 bürünc medal qazanan millimiz komanda hesabında 1-ci olublar. Gürcüstan pəhləvanları 2-ci Türkiyə bahadırları 3-cü yer tutublar.

Qeyd edək ki, ilk 2 yarış günündə yeniyetmə və gənclərdən ibarət yunan-Roma güləşi üzrə komandalarımız fərqlənmişdilər.

42 kq
1. Aleksandre Kiladze GEO
2. Aybəy Süleymanov KAZ
3. Almas Jumabayev KAZ
3. Viktor Lyzen GER

46 kq
1. Şmaqi Todua GEO
2. Nurjan Seyidov KAZ
3. Orxan Abbasov
3. Gulom Abdullayev UZB

54 kq
1. Ulukbek Joldoşbekov KGZ
2. Əfqan Xaşalov
3. Məhəmməd Abdullayev
3. Mahir Əmiraslanov

58 kq
1. Məhəmmədəli Əliyev
2. Aydın Tajiqali KAZ
3. Selim Kozan TUR
3. Ramaz Zoidze GEO

63 kq
1. Rüstəm Qasımov
2. Eduard Nikolişvili GEO
3. Əli Qurbanov
3. Teymur Məmmədov

69 kq
1. Məhəmmədrəsul Muxutdinov
2. Tariyel Gaphrindaşvili GEO
3. Murad Məhəmmədsəidov
3. İlyas Jumay KAZ

76 kq
1. Məhəmmədrəsul Qazıməhəmmədov
2. Şahmar Əzimov
3. Burağ Şahin TUR
3. Sanjar Maşaripov UZB

85 kq
1. Nurməhəmməd Hacıyev
2. Məhəmməd Ənəs Altın TUR
3. Erik Thiele GER
3. Abdul İbrahimov RUS

100 kq
1. Məhəmmədəmin Dibirov RUS
2. Ərən Dursun Turan TUR
3. İqbal Hacızadə
3. Givi Matçaraşvili GEO

Xəbər 1341 dəfə oxundu.