Fəridədən qızıl medal
Moldovanın Kişinyov şəhərində 16-21 yaşlılar arasında keçirilən Avropa çempionatında Fəridə Əzizova qizil medal qazanıb. İdman.com.az saytı xəbər verir ki, taekvondoçumuz ilk döyüşdə Reacq Kim (Niderland) 7:3 hesabı ilə yenərək 1/4 finala yüksəlib.

Növbəti rəqibini, Polşa idmançısı Lis Katarzynaya şans verməyən (9:4) London-2012 iştirakçısı, yarımfinalda italiyalı Rizzelli Cristiananı üsyələyib - 1:0. Finalda İdmançımız fransa taekvondoçu Niare Haby 4:1 hesabıyla qalib gələrək qızıl medala sahib olub.

Xatırladak ki, Fəridə Əzızova ötəl il Misir Ərəb Respublikasında gənclər arasında keçirilən Dünya cempionatının qalibi olmuşdur.

Xəbər 907 dəfə oxundu.