Futzal üzrə “Yaz turniri”ndə ikinci turun oyunları keçirilib
Aprelin 19-da AFFA və “Bakcell”in dəstəyi ilə Əlillər Futbol Federasiyasının təşkil etdiyi eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri”ndə ikinci turun oyunları keçirilib.
Azərbaycan Texniki Universitetinin İdman Kompleksində təşkil olunan yarışda “Birlik” komandası “Zirvə”ni 5:2, “Şimşək” kollektivi isə “Ümid”i 13:1 hesabı ilə məğlub edib.

Xəbər 725 dəfə oxundu.