Ağcabədidə rayon turniri keçirilib
Aprelin 5-də Ağcabədidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Karate-do idman növü üzrə rayon turniri keçirilib.

Ağcabədi Rayon Mərkəzi Stadionunda 42 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi olub.

Sonda Togrul Qənbərov (9-10yaş), Azər İsmayılov (11-12 yaş), Vüsal Cəfərov (13-14 yaş), Şamil Abbaszadə (15-16 yaş), Nəcməddin Bünyadov yüksək yerlərə layiq görülüblər.

Xəbər 842 dəfə oxundu.