İki oyunun başlama vaxtı dəyişib
Futbol üzrə Azərbaycan I Divizionun oyunlarının başlama vaxtında dəyişiklik olub. Peşəkar Futbol Liqası (PFL) iki oyunun fərqli saatda keçirilməsinə qərar verib.

21 aprel (bazar)
“Bakılı” – “Şəmkir”
Hakimlər: Teymur Fərhadov, Həsən Babayev, Mirzə Fərzəliyev, Fuad Rəsulzadə
Hakim – inspektor: Rafiq Pənahpur, 17:00

“Lokomotiv” – “Göyəzən”
Hakimlər: Alik Yunusov, Elvin Ağayev, Hüseyn Əsgərov, Xəlil Xəlilov
Hakim – inspektor: Şamil Useynov, 12:00

Digər oyunların başlama vaxtı 16:00-dı.

Xəbər 873 dəfə oxundu.