Azərbaycan komandası 6 medal qazanıb

Ukraynanın Xarkov şəhərində Çoxmubarizəli idman döyuş növləri üzrə dünya çempionatı keçirilib. Yarışa 25 ölkədən 36 komanda qatılıb.

Yarışda komanda hesabı ilə Ukrayna 1-ci, Azərbaycan 2-ci, Rusiya isə 3-cü yeri tutub. Komandamız yarışda 22 nəfərlə təmsil olunub. Altı nəfər qızıl medal qazanıb. Digər idmançılardan 5- i gümüş və 4-ü bürünc medal olmaqla nailiyyət qazanıblar. İsmayıllı komandası burada 2 qızıl medal əldə edib.

Bundan başqa, 18-25 yaş arasında 70 kq çəki dərəcəsində Vüsal Abdullazadə 2 qat dünya çempionu olub. Məşqçimiz Bayram Qəhrəmanov isə 25-39 yaş +90 kq çəki dərcəsində da qızıl medal qazanıb.

Digər qızıl medalları komandamıza Məmmədli Fətəli (göyçay) və Bakı idmançıları Zahid Ağaverdiyev, Babək Qələmzadə və Nicat Orucov qazandırıb. Son 4 ildə çoxmubarizəli idman döyuş növləri üzrə dünya çempionu titulunu qazanan Vusal Abdullazadə, Məhəmməd Məmmədli və Şikar Mehdiyev Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman akademiyasına müsabiqədənkənar qəbul olunublar.

Xəbər 944 dəfə oxundu.