Ruslan Abışov üçün debüt imkanı
Bu gün Rusiya Premyer Liqasında 25-ci tura start verilir. İlk oyun günündə millimizin futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” “Amkar”ın qonağı olacaq.

Baş məşqçi Qurban Berdıyevin şans verəcəyi halda R.Abışov bu gün yeni komandasında rəsmi debüt edə bilər. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

“Rubin” 24 turdan sonra turnir cədvəlində 40 xalla 5-ci, onun rəqibi “Amkar” isə 24 xalla 12-ci yeri tutur.

Xəbər 899 dəfə oxundu.