"Neftçi” oyun sayını 50-yə çatdıra bilər
Mövsümün əvvəlində ilk olaraq avrokuboklarda mübarizəyə qoşulan"Neftçi" qrup oyunlarına qədər seçmə mərhələdə 6 oyun keçirib. Avropa Liqasının qrup mərhələsində də rəqibləri ilə 6 oyuna çıxmış "Neftçi" təkcə avrokuboklarda bir mövsümdə 12 görüş keçirməklə rekorda imza atıb. Bundan əlavə komanda Premyer-Liqada indiyə kimi 26 oyunda qüvvəsini sınayıb. Ölkə kubokunun yarımfinal mərhələsinə qədər isə Flaqman rəqibləri ilə 4 dəfə üz-üzə gəlib. Üstəlik komandamızın futbolçuları mövsüm ərzində mütəmadi olaraq milli komandaların heyətində meydana çıxıblar. Üç cəbhədə mübarizə aparmaqla indiyə kimi ümumilikdə 42 oyun keçirən “Neftçi” PFK daxili çempionatda ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, "Neftçi” mövsümün sonuna kimi oyun sayını 50-yə çatdıra bilər.

Xəbər 846 dəfə oxundu.