"Sumqayıt" hazırlığını davam etdirir
Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.

Xeyli müddətdir zədəli olan Pərdis Fərcad-Azad və Can Akgün artıq məşqlərə başlayıb. Hər iki futbolçu dünən keçirilmiş iki tərəfli oyunda çıxış edib. Yüngül zədəsi olan Slavik Alxasov və Murad Doymuş isə fərdi məşqlərlə kifayətlənib. U-19-un heyətindən qayıdan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da artıq komandaya qoşulub.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu saat 19:00-da start götürəcək.

Xəbər 898 dəfə oxundu.