Ağcabədidə şahmat üzrə rayon birinciliyi keçirilib
Ağcabədi şəhərindəki şahmat məktəbində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.

Turnirin açılış mərasimində çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışlar.
İki qrup (oğlanlar və qızlar) üzrə keçirilən birincilikdə 44 şahmatçı mübarizə aparıb.

Rayon birinciliyinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 782 dəfə oxundu.