Azər Mirzəyev özbək şahmatçısını məğlub edib
Daşkənddə Özbəkistanın birinci qrossmeysteri Qeorqi Aqzamovun xatirəsinə həsr olunmuş VII “Tashkent Open” Beynəlxalq turniri davam edir.
Yarışda ölkəmizi təmsil edən qrossmeyster Azər Mirzəyev növbəti turda özbək şahmatçı Uluqbəy Tılyayevı məğlub edib. Bununla da, hesabında 4 xal olan idmançımız yarışın liderlərindən cəmi yarım xal geridədir.

Qeyd edək ki, aprelin 23-dək davam edəcək turnirdə İngiltərə, ABŞ, İspaniya, Almaniya, Bruney, Rusiya, Azərbaycan, Ukrayna, Tacikistan, Qazaxıstan və Qırğızıstandan 101 şahmatçı iştirak edir.

Xəbər 864 dəfə oxundu.