Məhəmməd Demirçi müqaviləsinin müddətini uzadıb
“Beşiktaş” klubu Məhəmməd Demirçi ilə müqaviləsini 2016-cı ilə qədər uzadıb.

İdman.com.az saytının məlumatına görə, 10 yaşından bəri Beşiktaş formasını geyinən gənc futbolçu müqaviləsinin müddətini bir qədərdə artırmaq qərarına gəlib.

“Beşiktaş” komandası isə bu barədə belə açıqlama verib: “Şirkətimiz professional futbolçulardan olan Məhəmməd Demirçi ilə 01.06.2013 tarixindən etibarən yenidən 3 illik müqavilə imzalayıb”.

Qeyd edək ki, gənc futbolçunun müqaviləsi hələ iyun ayında bitəcək.

Xəbər 983 dəfə oxundu.