Fabreqasın "Real" arzusu
“Barselona”nın ulduz futbolçusu Sesk Fabreqas Çempionlar Liqasının final görüşündə oynamaq istədiyi klubun adını açıqlayıb.

Həlledici mərhələyə çıxacaqlarına əmin olduğunu deyən oyunçu Londonun “Uembli” stadionunda baş tutacaq matçda “Real”la qarşılaşmaq istədiyini açıqlayıb:

“Məncə, belə bir final tarixə keçər. Amma əvvəlcə yarımfinaldakı rəqibimiz “Bavariya” ilə oyunu düşünməliyik. Çünki bu matçlar çox önəmlidir”.

Xəbər 793 dəfə oxundu.