“Arsenal”ın qapıçısı komandasına kömək edə bilməyəcək
“Arsenal”ın qapıçısı Lukaş Fabianski bir müddət komandasına kömək edə bilməyəcək.

İdman.com.az saytının məlumatına görə, buna səbəb kimi onun zədələnməsi göstərilir.

Xatırladaq ki, qapıçı Fabianski İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Norviç”ə (3:1) qarşı oyunda ciddi zədələnib,lakin buna baxmayaraq o, meydanda sona qədər mübarizə aparıb.

Qeyd edək ki, “Arsenal”ın qapıçısının Premyer Liqasının “Fulhem”lə görüşdə meydana çıxmayacağı dəqiqdir.

Xəbər 943 dəfə oxundu.