Yannis “Panatinaikos”un baş məşqçisi olacaq
Yunanıstan millisinin sabiq futbolçusu Yannis Anastasiu “Panatinaikos”un baş məşqçisi təyin olunacaq.
İdman.com.az saytının məlumatına görə, bu barədə Yannisin özü məlumat verib. 40 yaşlı sabiq futbolçu yeni klubla uzunmüddətli müqavilə imzalayacaq.
Qeyd edək ki, vaxtilə o, futbolçu qismində Hollandiyanın “Ayaks”, “Sparta”, “Roda”, eləcə də Belçikanın “Anderlext” klublarının şərəfini qoruyub.

Xəbər 758 dəfə oxundu.