Erik Roketa tutduğu vəzifədən azad olunub
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Bencamin Toşakın köməkçiləri sırasında yer alan Erik Roketa tutduğu vəzifədən azad olunub.

İspan mütəxəssis 2012/2013 mövsümünün gedişində fiziki hazırlıq üzrə baş məşqçinin köməkçisi təyin olunub.

Bundan başqa baş məşqçimizin qərarı ilə xorvat yarımmüdafiəçi Robert Alvij klubun nizam-intizam kodeksini pozduğuna görə əsas komandadan uzaqlaşdırılmışdı.

Xəbər 900 dəfə oxundu.