Lionel Messi fərdi məşqlərə başlayıb
“Barselona”nın ulduz futbolçusu Lionel Messi fərdi məşqlərə başlayıb.

Sportal.az xəbər verir ki, argentinalı hücumçu bu həftə “Levante” ilə matça çıxa bilməsə də, Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya qarşı forma geyməsi gözlənilir.

Xatırladaq ki, budundan zədə alan Messi ötən tur İspaniya La Liqasında “Saraqosa” ilə oyunu buraxıb.

Xəbər 801 dəfə oxundu.