AİPS-lə müqavilə imzalandı
Aprelin 18-də Beynəlxalq İdman Mətbuatı Asoosiasiyası nın (AİPS) 76-cı konqresinə yekun vurulub. Xəbər verdiyimiz kimi, konqresin sonuncu günündə Rusiya baş nazirinin müavini Dmitri Kozak AİPS-in bayrağını Azərbaycan Mili Olimpiya Komitsəinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.

Çingiz Hüseynzadə çıxış edərək Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib.

İdman.com.az saytı məlumat verir ki, günün sonunda konqresin bağlanışına həsr olunmuş ziyafət zamanı, gələn il AİPS konqresini Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

Müqaviləni AİPS prezidenti Cianni Merlo və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.

Xəbər 2863 dəfə oxundu.