Şəkidə stolüstü tennis üzrə yarış keçirilib
Aprelin 17-də ümumtəhsil məktəblərinin qız və oğlan komandaları arasında stolüstü tennis üzrə yarış keçirilib.

Şəki şəhər idman sağlamlıq mərkəzində 210 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Stolüstü tennis idman növünün geniş kütləviliyə nail olmaq, perspektiv idmançıları aşkar edərək zona komandasına cəlb etmək olub.

Sonda birinciyə Kiş kənd 14 saylı, ikinciyə 4, üçüncüyə 18 saylı məktəbin komandası; oğlanlar arasında birinciyə 5 saylı, ikinciyə lisey, üçüncü yerə 18 saylı məktəbin komandası layiq görülüb.

Xəbər 944 dəfə oxundu.