Barsanı bir çox oyunçu tərk edəcək
Barselonanın baş məşqçisi Tito Vilyanova növbəti mövsümdə komandanı maksimum 22 futbolçudan formalaşdırmağı planlaşdırır.Bu səbəbdən də Barsanı bir çox oyunçu tərk etməlidir.Yayda icarədən qayıdan futbolçularla birlikdə heyət 34 nəfər olacaq.Onlardan ən azı 12 nəfər komandanı tərk etməlidir.Əlavə edək ki, əsas namizədlər Adriano və Sançesdir.Kataloniya klubunun müdafiəçiyə yeni müqavilə təklifi elə də böyük deyil.Bu səbəbdən də 30 yaşlı futbolçu komandanı tərk etmək niyyətindədir.Onun sözləşməsi gələn yay başa çatacaq.Bu yay təklif olunacağı halda Barselona Adrianonu satacaq.Həm ona , həm də Sançesə hazırda İtaliya klublarından təkliflər edilib.

Xəbər 831 dəfə oxundu.