İmişlidə rayon turniri keçirilib
Aprelin 10-16-da İmişli rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90-illiyinə həsr olunmuş 10-12 yaşlı şahmatçılar arasında rayon turniri keçirilib.

İmişli Şahmat məktəbində təşkil olunmuş yarışda 28 şahmatçı öz zehni güclərini sınayıb.

Yekun nəticələrə görə Turqut Ağaşov (8 xal) birinciyə, Ülfət Pənahlı (7 xal) ikinciyə, Əhməd Babaşov (6 xal) üçüncü yerə layiq görülüblər.

Qaliblər İmişli rayon Gənclər və İdman idarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 837 dəfə oxundu.