Ölkə kubokunda ev sahibləri sevindilər
Bu gün Azərbaycan kubokunda ilk yarımfinal oyunları keçirilib. İdman.com.az saytı məlumat verir ki, “Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşak Azərbaycan kubokunda debüt edib. İlk ciddi sınaqda tanınmış mütəxəssis çernoqoriyalı həmkarına uduzub. Bojidar Bandoviçin komandası matçın 2-ci hissəsində Marius Penanın 11-metrlik cərimə zərbəsindən vurduğu qolla sevinib.

Paytaxtda baş tutan digər görüşdə “Neftçi” ilə “Qarabağ” qarşılaşıb. Maraqlıdır ki, hər 2 kollektivin mövsümü “qızıl dubl”la başa vurmaq imkanı var. “Bakcell Arena” stadionunda baş tutmuş matçda bayraqdar hesabda geri olsa da, sonradan nəinki hesabı bərabərləşdirib, son dəqiqələrdə meydana daxil olmuş Bahadır Nəsimovun başla dəqiq zərbəsi sayəsindədə, oyunda qalib gəlib.

Azərbaycan kuboku. Yarımfinal
17 aprel, ilkin görüşlər

“Bakı” – “Xəzər Lənkəran” - 1:0
Qol: Marius Pena, 82 (p.)

“Neftçi” – “Qarabağ” - 2:1
Qol: Araz Abdullayev, 63 (p); Bahadır Nəsimov, 90 - Vüqar Nadirov, 55

Xəbər 951 dəfə oxundu.