Mərdəkanda güllə atıcılığı üzrə yarış keçirilib
Aprelin 17-də Xəzər rayon Gənclər və İdman idarəsi və Xəzər rayon İcra Hakimiyyətinin dəstəyi ilə bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ edilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, rayonda kütləvi sağlamlıq, istedadlı idmançıların aşkar edilməsi, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyini rayonda yüksək səviyyədə qeyd etmək məqsədilə idarə, müəssisə, təşkilatlar və bədən tərbiyəsi kollektivləri arasında güllə atıcılığı üzrə yarış keçirilib.

Mərdəkan qəsəbəsində 44 nəfərin iştirakı ilə keçirilən yarışın yekun nəticələrinə birinciyə Sərvər Qafarov, ikinciyə Elvin Abdullazadə, üçüncü yerə Mövsüm Həsənov layiq görülüb.

Xəbər 1037 dəfə oxundu.