Məktəblilərin Respublika şahmat turniri keçirilib
10-14 aprel tarixlərində “Təhsil” Respublika idman mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş tədbirlər planına əsasən məktəblilərin Respublika şahmat turniri keçirilib.

Turnirdə respublikanın 37 şəhər və rayonundan 50 oğlan, 48 qız olmaqla 98 məktəbli iştirak edib.

Yarış İsveçrə sistemi ilə 7 turdan ibarət olaraq keçirilib. Qaliblər üç qrupda - 10 yaşadək, 11- 12 və 13-14 yaşadək oğlanlar və qızlar arasında ayrı-ayrılıqda müəyyənləşdirilib.

14 yaşadək oğlanlar arasında
I yer - Cəbrayıl Hüseynli (İsmayıllı rayonu)
II yer- Faiq İmanov (Şəki rayonu
III yer- İsmət Xəlilov (Samux rayonu)

14 yaşadək qızlar arasında
I yer - Tofiqəxanım Mirzəyeva (Bakı Nəsimi rayonu)
II yer - Çiçək Məmmədova (Bərdə rayonu)
III yer- Töhvə Əliyeva (Ağcəbədi rayonu)

12 yaşadək oğlanlar arasında
I yer- Qurban Bayramov (RİOEUG şahmat məktəbi)
II yer - Şəmşid Hüseynov (Samux rayonu)
III yer- Yusif Məmmədov (Ağdam rayonu)

12 yaşadək qızlar arasında
I yer- Zərifə Abdullayeva (Nərimanov rayonu)
II yer - Safura Abdullayeva (Nərimanov rayonu)
III yer - Zivər Əliyeva (Binəqədi rayonu)

10 yaşadək oğlanlar arasında
I yer - Aydın Süleymanlı (Nərimanov rayonu)
II yer - Elmar Atakişiyev (Nərimanov rayonu)
III yer - Fateh İmanov (Nərimanov rayonu)

10 yaşadək qızlar arasında
I yer - Fatimə Quliyeva (Gədəbəy rayonu)
II yer - Ayan Allahverdiyeva (Bakı Nərimanov rayonu)
III yer - Xəyalə Yusifova (Şəki rayonu)

Sonda qaliblər müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.


Xəbər 1234 dəfə oxundu.