Yardımlıda taekvando üzrə rayon birinciliyi keçirilib
Aprelin 16-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş taekvando üzrə rayon birinciliyi keçirilib.

Yardımlı Şəhər 1 saylı tam orta məktəbin idman zalında 25 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclər arasında Heydər Əliyev irsinin təbliği, fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, sülhün təbliği, idmanın kütləviliyinə nail olmaq, idmanın taekvando növünün inkişaf etdirilməsi olub.

Sonda böyüklər arasında Amid Ağayev (58 kq), gənc oğlanlardan Rəhman Babazadə (55 kq), Bəhruz Mamudov (35 kq), yeniyetmə uşaqlardan Bəhruz Rzazadə (33 kq) yüksək yerlərə layiq görülüblər.

Məqsəd və vəzifələri – Rayonda Taekvando idman növünün geniş təbliğ etdirilməsi, yeniyetmə və gənclərin bu idman növünə marağın artırılması və Taekvando idman növünün inkişaf etdirilməsi.

Xəbər 1155 dəfə oxundu.