Türkiyədə 1/2 final həyəcanı
Bu gün futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

İdman.com.az saytı xəbər verir ki, ilk matç Sivasda baş tutacaq. Bu mövsüm uğursuz çıxışı ilə diqqəti çəkən yerli ”Sivasspor” “Trabzonspor”u qəbul edəcək.

Qeyd edək ki,“Fənərbaxça” isə səfərdə “Əskişəhərspor”un qonağı olacaq.

Xəbər 802 dəfə oxundu.