Joze Mourinyo özü haqqında kitab yazıb
İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Joze Mourinyo özü haqqında kitab yazıb. “Football İtalia”nın verdiyi məlumata görə, əsərin oktyabrda işıq üzü görəcəyi gözlənilir.

Çoxlu sayda maraqlı əhvalatların daxil olduğu kitab “Mənim futbolum” adlanacaq.

Qeyd edək ki, martda Joze Mourinyo doğma şəhəri Setubalda (Portuqaliya) öz karyerasına həsr olunmuş sərgi açıb. “Joze Mourinyo – 50 il” sərgisi çərçivəsində 50-dən artıq eksponat təqdim olunub. Onlar baş məşqçinin həyatından önəmli anları əks etdirir.

Xəbər 1271 dəfə oxundu.