Ərəblər "Barselona"nı almaq istəyir
İspaniyanın "Barselona" klubunun idarə heyəti ilə Qətərin Təhsil, Elm və İctimai İnkişaf Fondu arasında danışıqlar başlanıb.

İdman.com.az saytının məlumatına görə, Qətər əmiri şeyx Həmad əl Tanini "Barselona"nın səhmlərinin 67 % -ni satın alaraq kluba yiyələnmək istəyir.
Xatırladaq ki, bu fond 1995-ci ildə Həmad əl Taninin göstərişi ilə yaradılıb.

"Barselona" isə əksinə satılmaq istəmir və bu təklifi qəbul etmir. Bunun əvəzinə "Barselona"nın idarə heyəti qətərlilərə uzunmüddətli əməkdaşlıq etmək istədiklərini bildiriblər.

Xəbər 672 dəfə oxundu.