Gəncədə şəhər birinciliyi keçirilib
Martın 14-də Gəncə şəhərində 15-17 yaş yeniyetmələr arasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.

Gəncə OİK-də 100 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Yığma komandanın Respublika birinciliyində iştirakını təmin etmək olub.

Sonda Asif Məhərrəmov (42 kq), Həsən Qurbanov (46 kq), Nihad Bağırzadə (50 kq), Taleh Məmmədov (54 kq), Şahmalı Musayev (58 kq), Arzu Namazov (63 kq), Əli Qurbanov (69 kq), Maqsud Əhmədov (76 kq), Ənvər Abbasov (85 kq), Rəhman Abdullayev (100 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 779 dəfə oxundu.