Orelen Çedjunun transferi üçün danışıqlara başlayıb
"Lill"in futbolçusu Orelen Çedju Türkiyənin iki ən güclü klubunun maraq dairəsinə düşüb.
"Qalatasaray" və "Fənərbaxça" 27 yaşlı futbolçunun transferi üçün danışıqlara başlayıb. "Valensiya"nın da maraqlandığı kamerunlu müdaifəçi üçün "Lill" 14 milyon avro qiymət qoyub.

2010-2011-ci il mövsümündə Çedjunun adı "Liverpul" və "Yuventus klubları ilə hallansa da, o, hazırkı müqaviləsini 2015-cı ilə qədər uzatmışdı.

Qeyd edək ki, 2007-ci ildən "Lill"in formasını geyinən müdafiəçi, 195 matçda forma geyinib və 16 qol vurmağa da imkan tapıb.

Xəbər 826 dəfə oxundu.