Zülfüqar Süleymanov: “Medal qazanacağımı gözləmirdim”
Avropa Çempionatında bürünc medal qazanmış Zülfüqar Süleymanov qələbə ilə bağlı bunları deyib: “Medal qazanacağımı gözləmirdim. Həqiqətən də böyük əziyyət və səbir hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəni qazanmağım üçün çox səylə çalışıb. Yarışa çıxarkən idmansevərlərimizin, xalqımızın dəstəyini hər an hiss etmişəm. Etimadı doğrultduğuma görə sevinirəm”.

Xatırladaq ki, ağır atletikadan olan yığmamız bu gün səhər saatlarında vətənə qayıdıb.

Xəbər 1350 dəfə oxundu.