AİPS-in 76-cı konqresinin açılış mərasimi olub
Xəbər verdiyimiz kimi, aprelin 15-dən 19-dək Rusyianın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının – AİPS-in 76-cı konqresi keçirilir. Dünən aprelin 15-də Radisson Blue otelində tədbirin açılış mərasimi keçirilib. Mərasimdə Rusiyanın idman naziri Vitaliy Mutko çıxış edərək dünya idman jurnalistlərini növbəti konqres mensibətilə təbrik edib.

AİPS prezidenti Canni Merlo isə təşkilatçılığa görə Rusiya dövlətinə təşəkkürünü bildirib. Digər çıxış edənlər də konqres iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıblar.
Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, açılışdan bir neçə saat öncə Rusiyanın idman naziri Vitaliy Mutko jurnalistlərlə görüşüb və onların suallarını cavablandırıb.
Bu gün isə Konqres ərəfəsində AİPS-in qitələr üzrə təşkilatların toplantıları keçirilib.

İdman.com.az saytı xəbər verir ki, Azərbaycanın da üzv olduğu Avropa İdman Mətbuatı İttifaqının (UEPS) iclasında bir sıra məsələlər müzakirə edilib. Konqresdə AİPS-in rəhbər vəzifələrinə Avropa ölkələrindən namizədlərin irəli sürülməsi məsələsi də müzakirə edilib.

Maraqlıdır ki, UEPS prezidenti Yanis Darasın sədrliyi ilə keçən iclasda AİPS-in İcraiyyə Komtəsi üzvlüyünə irəli sürülən namizədlər arasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Nərgiz Mahmudzadənin də adı var.

Konqres davam edir.

Xəbər 716 dəfə oxundu.