“Qalatasaray”lı futbolçulara inanılmaz hədiyyə
“Qalatasaray” rəhbərliyi tərəfindən oyunçularına əlavə hədiyyə veriləcəyi bildirilib.

İdman.com.az saytının məlumatına görə, klub prezidenti Ünal Aysal geridə qalan 5 oyunda futbolçularda ruh yüksəkliyini artırmaq məqsədilə bu addımı atacaq.

Bu hərəkəti ilə o, baş məşqçi Fatih Terimin komandanın başında olmaması səbəbindən futbolçular arasında yarana biləcək hər hansı bir ruh düşkünlüyünün qarşısını almaq istəyir. Hal-hazırda bütün baş verən hadisələrə baxmayaraq, "Qalatasaray” "Fənərbaxça”nın 4 xal önündə liderliyini davam etdirir.

Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim 3 oyun və 30 min türk lirəsi məbləğində cəzalandırılıb. Buna səbəb kimi onun “Orduspor” oyununda hakimə söyüş söyməsi göstərilir.
Xatırladaq ki, o, bir çox “Eskişehirspor”, “Gənclərbirliyi” və “Kayserispor”la kimi oyunlarda da iştirak edə bilməyəcək.

Xəbər 892 dəfə oxundu.