Astarada “xətdə ol” mövzusunda maarifləndirmə təlimi
Aprelin 15-də Astara Pedaqoji Kollecində 2013-cü il “İKT ili” nə həsr olunmuş AR Gənclər Təşkilatları Milli Şurası, Astara rayon Gənclər və İdman İdarəsi, “ Astara ” İntelektual İnkişaf Klubu ilə birgə sosial şəbəkələrdən istifadəyə həsr olunmuş maarifləndirmə təlimi təşkil olunub. Tədbir AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AR GTMŞ-nin keçirdiyi “ Xətdə ol ” Sosial Şəbəkə Akademiyası layihəsinin rayon və şəhərlərdə təşkil olunan silsilə təlimləri çərçivəsində keçirilib.

Layihənin məqsədi region gənclərinin “İnformasiya Texnologiyaları” sahəsinə marağının artırılması və sosial şəbəkələrdən düzgün istifadə üçün zəmin hazırlanması olub.

ARGTMŞ-nın üzvləri Şahin Rəhmanlı və Kamran Əzimzadə “ Mənim virtual dünyam”, “ Xətdə Facebook ” , Xətdə Twitter”, “ Xətdə Bloq” , “ Xətdə Youtube” mövzularında gənclərə geniş məlumatlar veriblər.

Tədbirdə video çarxlardan istifadə edilmiş, əyani vəsait olaraq CD diskləri və broşuralar təlim iştirakçılarına paylanıb.

Təlimin yekununda layihənin qiymətləndirilməsi, irad və təkliflərin qeyd olunması məqsədilə tədbir iştirakçıları tərəfindən sorğu anketləri doldurublar.

Layihəyə uyğun olaraq APK-nin 25 nəfər tələbə və gənc müəllimi təlimdə iştirak ediblər.

ARGTMŞ-nin nümayəndələri tədbirin təşkilində dəstəyə görə Astara Rayon İcra Hakimiyyətinin başçısı cənab Q.Ağayeva, Astara Pedoqoji Kollecinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Xəbər 1631 dəfə oxundu.