Oyunlar təxirə salındı
Aprelin 16-da keçirilməsi nəzərdə tutulan "Boston Seltiks" və "İndiana Peysers" oyunu təxirə salınıb.

İdman.com.az saytının məlumatına görə, Amerika Milli Basketbol Assosiasiyasının (NBA) rəhbərliyi Bostonda baş verən terror aktı ilə əlaqədar çempionatın təxirə salındığını bildirilib.

Qeyd edək ki, bu haqda xəbər "Boston Seltiks" komandasının rəsmi Twitter səhifəsində də yazılıb.

Xəbər 614 dəfə oxundu.